Şirkətlərə Təchizat Zəncirinin İdarəedilməsi üzrə çoxyönümlü xidmətlər göstəririk

Biz təchizat prosesinin hər bir mərhələsini tək bir proqram təminatı üzərindən idarə etmək imkanı yaradan şirkətik.

Şirkət Haqqında
300+ Məmnun müştəri və layihə
10+ Rəsmi tərəfdaş və partnyor şirkət

Şirkət Haqqında

2019

Tərtib etdiyimiz strateji yol xəritəmizdə tədarük zəncirinin əsas hissələrindən olan satınalmaların idarəolunması və təhliledilməsi sisteminin qurulmasına başladıq. Bu uğurlu başlanğıc bir neçə şirkətlərin Bizimlə əməkdaşlığa qoşulmasının təməlini qoydu.

2020

Biz satınalma proseslərinin idarəolunması və optimallaşdırması məqsədilə proqram təminatının əsasını qoyduq.Həmçinin, rüblük və illik hesabatların jurnal kimi hazırlanması və təkmilləşmiş Data Analitikasının cari vaxtda həyata keçirilməsinin başlanğıcını qoyduq.

2021

Bizlər anbar və gömrük modulları əlavə edərək proqram təminatını təkmilləşdirməyə başladıq. İqtisadiyyatın bərpası, tələb-təklif arasındakı uçuruma, yüksək inflyasiyaya səbəb olmasına baxmayaraq, Provide Solutions əməkdaşlıq etdiyi şirkətlər üçün qoyulan qənaət hədəfini keçmişdir.

2022

Şirkətimizin önünə qoyduğu hədəflər siyahısında yeni rəqəmsal həllər vasitəsilə əməkdaşlarımızın proqram təminatından rahat istifadəsi, biznes proseslərinin davamlı inkişafında aktiv iştirak və bir çox digər layihələr yer alır.

Hansı sahələrdə fəaliyyət göstəririk?

Istehsalat

Neft-qaz

Informasiya texnologiyaları

Tibb

Şirkət barədə nələri bilməliyik?

Biz təchizat prosesinin hər bir mərhələsini tək bir proqram təminatı üzərindən idarə etmək imkanı yaradan şirkətik. Provide Solutions olaraq biz Partnyor şirkətə satınalma auditi, autsorsinq, loqistika, gömrükləmə, anbar idarə edilməsini və optimallaşdırılmasını təklif edirik. Bu təklifdən faydalanan şirkətlərin xərcələrinin minimuma endirilməsini təmin edirik.

Şirkət dəyərlərinə sadiq qalaraq müştəri məmnunluğunu təmin etmək bizim üçün ən vacib amildir. Biz bu yolda sizə güvən, dürüstlük, sadiqliklə irəliləyərək hədəflərinizə çatmaqda dəstək oluruq. Provide Solutions olaraq bir çox sahələrdə qabaqcıl yerləri almaqda ən böyük rol təşəbbüskarlığımızdır!

Müştərilərimiz haqqımızda nə düşünür?

"Təqdim olunan proqram təminatı şirkət satınalmalarının izlənilməsində səmərilidir"

Səhhət Həmidov

CPO AT Mineral Sular

“Satınalma sifariş/tələblərinin bütün lazımi mərhələlərdən keçib yoxlanılması, əlavə nəzarətə götürülməsi və buna bənzər bir sıra əməliyyatların tətbiqi etdiyim seçimin düzgün olduğunu isbat etmiş oldu.”

Ceyhun Bəxtiyarlı

CEO AT Azgranata

“ŞƏFFAF, OPERATİV, RAHAT,QƏNAƏTLİ”

İsa Cəbiyev

CEO AT Sentra

Yeniliklərdən Daim Xəbərdar Ol

Yeniliklərimizdən xəbərlər almaq üçün aşağıdakı xanada e-poçt ünvanınızı qeyd edin.